Wednesday, October 30, 2013

Fazil Güney 
Qara Qan (2 hissə) 

Romanın I hissəsində erməni işğalçılarının Dağlıq Qarabağda etnik təmizlənmə apardıqdan sonra xarici qüvvələrin köməyi ilə Düzən Qarabağa hücumundan yerli əhalini öz yurdundan qovub çıxarmasından, əsərin əsas qəhrəmanı gənc jurnalist qız Aysunun girov götürülməsindən, onun düçar olduğu ağır durumdan bəhs edilirsə, II hissədə hadisələr Qarabağın güneyindən mərkəzinə-Şuşa və Xankəndi şəhərlərinə keçir. Əsərin qəhrəmanı Aysu Şuşaya gətirilir. Müəllif Şuşanın işğaldan sonrakı durumu, Şuşa həbsxanasında saxlanılan əsirlərin cəhənnəm əzabı yaşamaları haqqında danışır... 
ISBN 5-87459-154-0, 2009, 456 səh.


No comments:

Post a Comment