Tuesday, October 29, 2013

Sevda Tahirli
"Qanımızın səsi"
(qan qrupunun insan həyatındakı rolu)
Kitabın mövzusu yaşından asılı olmayaraq hər kəsi maraqlandıra biləcək aktual bir məsələyə - 4 fərqli qan qrupunun insanın həyatındakı roluna- onun xarakterinə, karyerasına, uğurlarına, sağlamlığına, eləcə də xəstəliklərinə, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına, hətta ana olmaq imkanlarına necə təsir göstərməsinə dair yeni bir təlimə həsr edilib. Yaponiya kimi inkişaf etmiş bir ölkədə artıq bir neçə onilliklər ərzində işə qəbul edilənlərin məhz qan qrupuna görə seçilməsinə üstünlük verilməsi gündoğan ölkəsində bu məsələyə çox ciddi münasibət bəslənilməsi kimi dəyərləndirilir. Belə bir mövqenin əsassız olmadığını vurğulayan bəzi müşahidəçilərin qənaətinə görə qan qrupuyla bağlı son dövrlərdəki araşdırmalardan sonra bu problemin yaxın gələcəkdə dünya əhalisinin də geniş marağına səbəb olacağı fikrini söyləməyə əsas verir.
Müəllif: Sevda Tahirli
Dil: Azərbaycan
Nəşriyyat: “Ozan”, "CBS PP" MMC
Nəşr ili: 2013
ISBN: -
Səhifə: 172 səh.
Format: 70x100 1/16 (170x240 мм)
Cildi: yumşaq
Tiraj: 2000 nüsxə


No comments:

Post a Comment