Thursday, August 14, 2014

Şamil Saleh oğlu Qafarov
Pulun diktaturası
(Monoqrafiya)
Monoqrafiyada pulun bütün incəliyinə və eybəcərliyinə qədər cəmiyyət həyatında oynadığı rol, onun diktatorluğu, pula verilən elmi təriflər, pul haqqında müxtəlif deyimlər, bu möcüzəli, sirli, cazibədar, qeyri-adi güc və qüdrətə malik bəşər sivilizasiyasına meydan oxuyan, dünyada bütün müharibələrin, toqquşmaların səbəbi olan, həm də insanlara zənginlik gətirən və onlara sanki "qürurluq" verən, insan olmayanı "insan" edən, maddi dünya adlanan bir dünyanı formalaşdıran pulun təhlili verilir.
Monoqrafiyada daha dərinə gedərək aşağıdakı suallar cavablandırılır: pul - siyasətdirmi, iqtisadiyyatdırmı, vəzifədirmi, ailədirmi, məhəbbətdirmi, mənəviyyatdırmı, dostluqdurmu, yoldaşdırmı, namusdurmu, qeyrətdirmi, ədaalətdirmi, həqiqətdirmi və s.? Rüşvət və korrupsiya pulun "yeni" funksiyasıdırmı? Bazar iqtisadiyyatı pul iqtisadiyyatıdırmı? Pul yaşadığımız cəmiyyətdə bütün hadisə və proseslərdə diktatordurmu? Bir sözlə - pul bütün münasibətlərin əsasıdırmı?
Monoqrafiya elmi işçilər, müəllimlər, doktorantlar, magistrlər, bakalavr təhsili alanlar, iqtisadçılar və iqtisadi məsələlərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müəllif: Şamil Saleh oğlu Qafarov
Dil: Azərbaycan
Nəşriyyat: “İqtisad Universiteti”
Nəşr ili: 2014
ISBN: -
Səhifə: 552 səh.
Format: 60x84 1/16 (150x210 мм) 
Cildi: qalın
Tiraj: 500 nüsxə


No comments:

Post a Comment