Monday, August 11, 2014

qorxu bizi adam eləyir
"PREZİDENTİN QIZI" roman
(Vüsal Nuru)

Kitab yazıçının üslubuna uyğun olaraq qotik janırdadır. Mistika, dəhşət, paranormal hadisələr, nəfəs kəsici sujet xətti, axıcı və rəvan təhkiyəsi kitabı sizə sevdirəcək.

“Pirallahı adasının yaxınlığındakı kantorların birində əlli il əvvəl baş vermiş hadisə bura təsadüən gəlmiş dört dost olan fotoqraflar və onların iki fotomodel qızları tərəfindən yenidən təkrarlanır. Kantorda faciyəvi, sirrli, müəmmalı şəkildə ölmüş adamların taleyini indi həmin fotoqraflar yaşamağa məhkumdurlar. Onlar bilmədən kontordakı lənəti oyadıblar.

Çəkdikləri şəkillərlə lənəti evlərinə gətirirlər. Şəklin mistikası onların həyatlarını alt-üst edir. Evlərində paranormal hadisələr baş verir.

Əlli il əvvəl ölmüş qoca kişi onların qarşısına çıxır. İndi ölümləri qaçılmazdı.
Qardaş qədər doğma olan dostlar arasındakı körpülər yanır. Buzlar əridikcə saxtalıqları, xayinlikləri, nifrətləri, sirrləri üzə çıxır. Onlar baş verən hadisələrdə bir-birlərindən şübhələnir, bir-birlərinin qatı düşməninə çevrilirlər.
Lənəti pozmaq üçün və əsl həqiqəti tapmaq üçün əlli il əvvəl bu kontorda işləmiş qocanın və onun üç dostunun ölüm sirri, səbəbi tapılmalıdır.”

Zərdabi NPM, 2014, 384 səh.
Qiyməti: 5.00 AZN



No comments:

Post a Comment